11 İyun 13:19
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan da razı olsa, Ermənistan sülh müqaviləsini sabah imzalaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

“Hesab edirik ki, sülh müqaviləsinin mətnini yekunlaşdırmağa yaxınıq və bunu sürətlə tamamlamağa və imzalamağa hazırıq. Əlbəttə, bu gün imzalamamağımız onun tam olmaması deməkdir. Hər şeylə tam, yüz faiz razılaşmaq imkanı olsaydı, artıq imza atardıq. Əgər Azərbaycan tərəfdən konstruktiv yanaşma olarsa, sabah sülh müqaviləsinin imzalanmasını mümkün hesab edirəm”, - erməni deputat bildirib.

Rubinyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün tanınması haqqında anlaşma var və bu, 2022-ci ildə Praqa, daha sonra Soçi və Brüsseldə, daha sonra isə bu yaxınlarda sərhədlərin delimitasiyası ilə bağlı imzalanmış saziş kontekstində qeydə alınıb: “Bütün bu anlaşmalar sülh müqaviləsində ifadə olunarsa, saziş çox tez imzalana bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər