17 İyun 14:40
12 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda konstitusiya dəyişikliyinin Azərbaycanla münasibətlərə aid olmadığını iddia edən Nikol Paşinyanın açıqlamları növbəti manipuliyasiya cəhdidir. Bu ölkənin konstitusiyasında olan dəyişikliklər heç bir halda daxili məsələ ola bilməz. Hazırkı Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

O qeyd edib ki, Azərbaycan da haqlı olaraq bu iddiaların aradan qaldırılmasını tələb edir:

“Ermənistan Konstitusiyası bu ölkənin istiqlaliyyət bəyannaməsinə istinad olunur. Həmin bəyannamədə isə Ermənistan ali sovetinin 1989-cu il 1 dekabr qərarı ilə keçmiş Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi kimi absurd iddialar əks edilib”.

Politoloq həmçinin bildirib ki, hazırkı Ermənistan konstitusiyasına görə, bu ölkənin ərazisi 29,7 min kv km deyil, 34 min kv km kimi göstərilib:

“Məhz bu konstitusiyanın maddələri birbaşa Azərbaycana aid olduğundan rəsmi Bakı bu məsələni haqlı olaraq qaldırıb. İlk şərt kimi Azərbaycan tərəfindən bu məsələ ortaya qoyulub”.

Oqtay Qasımova görə, Ermənistanın konstitusiya dəyişikliyindən başqa variantı yoxdur:

“Bu dəyişikliklər mütləq edilməlidir. Daxili-siyasi vəziyyət qısa müddətdə konstitusiya ilə bağlı referendumun keçirilməsinə imkan tanıması hazırda mübahisə mövzusudur. Ermənistanın daxilində baş verın proseslər, daxili siyasi gərginlik bunun bir az zaman alacağını göstərir. Ona görə də, Paşinyan və digər rəsmilərin sülhlə bağlı açıqlamaları onu deməyə əsas verir ki, yaxın zamanda bu istiqamətdə real addımların atılması gözlənilmir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər