22 İyul 16:20
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində namizədlikləri irəli sürülmüş şəxslərin siyahısında qeydiyyat bitənə qədər müəyyən dəyişikliklərin olması mümkündür.

Bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev deyib.

“Təbliğat-təşviqat prosesi başlayana qədər hər hansı bir namizədin dəyişməsi ehtimalı var. Ola bilsin ki, namizədin özü fikrini dəyişsin. Kiminsə səhhətində problem yarana bilər. Bəlkə də kimsə öz dairəsini dəyişmək istəsin və s. Başqa bir səbəbin çıxması da mümkündür,”- deyə o əlavə edib.

İdarə heyətinin üzvü YAP siyahısından sabiq deputat Şaitdin Əliyevin qızının adının çıxarılması onun atasının vəzifəsi ilə bağlı olduğunu söyləyib:

“Şaitdin Əliyev Mərkəzi Seçki komissiyasında işləyir. Ona görə də, bu dəyişiklik edildi. Başqaları üçün də bu halın olması mümkündür. Müraciətlər olduqca, YAP tərəfindən bu məsələlərə baxılacaq”.

Qeyd edək ki, Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyev Mərkəzi Seçki Komissiyasının üzvü olduğuna görə, onun qızı Maniyeva Aygün YAP-ın sıyahısından çıxarılıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər