Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya İdarəsinin rəisi Moctəba Dəmirçilu və Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşlər keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın İrandakı Səfirliyi öz “X” hesabında yayıb.
Məlumata görə, görüşlər zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.
Xatırladaq ki, Azərbaycan ilə İran arasında aparılmış danışıqlar nəticəsində cari ilin 15 iyul tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.