Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Moskvada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə məsləhətləşmələr aparıb.
Teleqraf.com Report-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Cənubi Qafqazda və qonşu regionlarda mövcud vəziyyəti müzakirə ediblər.
Nazirlər müavinləri Avropa İttifaqı və NATO məsələləri, ATƏT-dəki vəziyyət və Avropa Şurasının regional fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Qarşılıqlı maraq doğuran bir sıra ikitərəfli və beynəlxalq mövzulara toxunulub.