Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində Müsavat partiyası iştirak qərarı verdikdən sonra bu istiqamətdə iş aparılır. Müsavat partiyası elan etdiyi kimi növbədənkənar parlament seçkilərinə 27 namizədlə qatılacaq. Siyahıya yenidən kimlərinsə əlavə edilməsi ilə bağlı yekdil fikir yoxdur.
Bunu Teleqraf.com-a danışan Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.
“Müsavat partiyasının namizədləri elan edilib. Amma digərlərinin bu prosesə qoşulacağı ilə bağlı müsbət rəy yoxdur. Seçkiyə qədər nələrinsə dəyişməsi ehtimal edilir. Çünki siyasətdə heç vaxt "yox" demirlər. Biz gözləyirik”,- deyə o əlavə edib.