24 İyul 13:12
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Bakı və İrəvan nümayəndələri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır və onlar üçün ən rahat şərait yaradacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Alınan razılaşmalara uyğun olaraq, Moskvada dəfələrlə sülh müqaviləsi layihəsi üzrə danışıqlar keçirilib. Bunu hər zaman vurğulamışıq. Biz hər iki nümayəndə heyətinin seçdikləri ikitərəfli formatda işləməsi üçün ən rahat şəraitin yaradılmasına zəmanət veririk. Rusiya tərəflər arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını regionun təhlükəsizliyi üçün zəruri ilkin şərt hesab edir", - Zaxarova bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər