25 İyul 13:23
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı Ümid partiyasının idarə heyətinin qərarı var. Təbii ki, mən də vəziyyəti təhlil etdim. İndiyə qədər bütün seçkilərdə partiyanın mərkəzi aparatı və aktiv üzvləri həmişə mənim təbliğatımla və yaxud mənim seçilməyim üçün bütün çabalarını ortaya qoyub. Bu da sözsüz ki, digər partiya namizədlərinin kölgədə qalması, onların təbliğat kampaniyasının yetərincə aparılmaması ilə nəticələnib.

Bunu Teleqraf.com-a Ümid partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə deyib.

“İndiki mərhələdə hesab etdim ki, daha çox partiya üzvlərinin təbliğatı getsin. Son iki-üç ildə partiyanın mərkəzi aparatında formalaşan komanda kütləvi informasiya vasitələrində, televiziyalarda geniş çıxışlar edir. Biz də istədik ki, partiyanı bir komanda kimi görsünlər”, - deyə o əlavə edib.

İqbal Ağazadə özünün proseslərə qatılmasının nəticə etibarı ilə partiyanın bütün resurslarının onun namizədliyinin müdafiəsinə səfərbər edildiyini söyləyib: “Ona görə də, bu dəfə İqbal Ağazadənin namizədliyindən daha çox partiyanın digər üzvlərinin seçkidə iştirakına qərar verdik. Partiyada lider və şəxsiyyət məsələsi önəmli olsa da, tək faktor olmasına qarşıyıq. Cəmiyyətə, seçicilərə göstərmək istəyirik ki, Ümid partiyası tək sədr və onun kampaniyası ilə ayaqda qalmır. Artıq mənim beş dəfə qalib gəldiyim Seçki Dairəsindən Ümid partiyasının sədr müavini Ənvər Ağazadənin namizədliyi irəli sürülüb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər