Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvilinin adı “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sui-qəsdin hazırlanmasında hallanır.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, bu sözləri "Vahid Milli Hərəkat" partiyasından olan deputat Laşa Ruxaya deyib.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti digər məsələlərlə yanaşı, İvanişvilinin qətlinin hazırlanması ilə bağlı da araşdırma aparıldığını təsdiqləyib.
Qeyd edək ki, keçmiş nazir hazırda axtarışdadır. O ölkədə terror aktının törədilməsi və hakimiyyəti devirmək kimi cinayətlərdə ittiham edilir.