20 İyul 19:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan üçün sülhün və təhlükəsizliyin təmin edilməsi əsas prinsipdir. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildikdən sonra Azərbaycan uzun on illiklər münaqişəyə baxmayaraq Ermənistana sülh təklif edib. Ermənistan isə sülh məsələsində həmişə olduğu kimi yenə də spekulyasiya ilə məşğuldur. 30 il danışıqları manipulyasiya edən Ermənistan bu əmələindən hələ də əl çəkə bilmir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor bildirib ki, Avropa Siyasi İcmasının Londonda keçirilən beynəlxalq tədbir çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə, Ermənistanın baş naziri Nikol Paşinyan arasında arasında görüşün keçirilməsi nəzərdə tutulumuşdu: “Məhz Böyük Britaniyanın təşəbbüsü ilə hazırlanan Azərbaycan-Ermənistan liderlərinin görüşünün baş tutmaması bir daha Ermənistanın danşıqlar prosesinə olan münasibətini göstərmiş oldu. Ermənistan baş naziri sülhdən danışsa da onun son davranışları açıq riyakarlığın nəticəsi idi. Sözsüz ki, Nikol Paşinyanın bu davranışı Böyük Britaniyaya qarşı hörmətsizlik, diplomatik etiketdən tamamilə uzaq və məntiqsizdir. Bundan öncə də erməni tərəfi analoji hərəkətə yol vermişdi. Bu ilin fevralında Almaniyanın təşəbbüsü ilə keçirilmiş görüşdən sonra yaranmış mənzərə heç kəsin yadından çıxmayıb”.

Eldar Quliyev xatırladıb ki, bu məsələdən sonra Ermənistan Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edərək növbəti təxribatla əl atmaqla prosesi pozmuşdu: “Nikol Paşinyanın bu davranışları Fransanın prezidenti Emmanuel Makronun diktəsi ilə etməsi heç kəsdə şübhə doğurmur. Paşinyan Makronun təlimatlarından kənara çıxa bilmir. Fransa prezidentinin ona başqa Avropa ölkəsinin liderinin vasitəçilyi ilə Azərbaycan Prezidenti ilə dialoq qurmağı qadağan edib. Bütün faktlar London görüşünün də məhz Makronun istəyi ilə pozulduğunu təsdiqləyir. Rəsmi Paris özünün Cənubi Qafqazda olan maraqları fonunda Ermənistanı bütün imkanları ilə qorumağa, onun vasitəsi ilə bölgədəki prosesləri pozmağa hədəflənib. Fransanın Ermənistanı davamlı olaraq hücum silahları ilə təchiz etməsi də bu reallığın tərkib hissəsidir. Amma bütün bunlara baxmayaraq nəhayət erməni tərəfi regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolunun qonşu ölkələrlə münasibətləri bərpa etməkdən ibarət olduğunu anlamalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər