Azərbaycanın Xarici İşlər Nazirliyi Nepalda baş verən təbii fəlakətlə bağlı başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə hesabında paylaşım edilib:
“Nepalda baş verən, yüzlərlə insanın həyatına son qoyan sel və torpaq sürüşməsi xəbərindən kədərləndiyimizi bildiririk. Həlak olanların yaxınlarına başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq. Belə ağır günlərdə Nepalla həmrəyik”.