Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, oktyabrın 21-də Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yerli parlamentin payız sessiyasında növbəti plenar iclası baş tutub.
İclasda “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” və “Normativ hüquqi aktlar haqqında” muxtar respublika qanunlarında dəyişiklik edilməsi barədə layihələr müzakirə olunub.
Müzakirələrdən sonra hər iki qanun layihəsi birinci oxunuşda qəbul edilib.