31 İyul 2020 13:40
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albalı saplaqları iltihab əleyhinə antiseptik, möhkəmləndirici, sakitləşdirici, detoksifikasiya edən, sidikqovucu və laksativ təsir göstərir. Albalı sapları böyrək, bağırsaq və revmatizma problemlərinin müalicəsində, əsəblərin güclənməsində effektiv dərman və ümumi sakitləşdirici kimi təsiri sübut olunub.

Teleqraf.com xəbər verir ki, albalı saplaqlarından əsrlər boyu fitoterapiyada təsirli və təhlükəsiz bir metod olaraq istifadə edilib. Bu sidikqovucu təsir təbii olaraq meydana gələn biovlavanoidlər və saplarda olan kalium duzlarıdır.

Albalı saplaqları sidikdəki tullantıların və ümumiyyətlə həzm problemlərinin aradan qaldırılmaqla yanaşı, şişkinliyin qarşısını almağa və ayaqlardakı şişkinliyi azaltmağa kömək edir.

Onun bədənin təbii detoksifikasiya prosesinə kömək edir.

Güclü sidikqovucu və iltihab əleyhinə xüsusiyyətləri sayəsində albalı saplaqları toz və ya çay şəklində böyrək və sidik yollarını təmizləmək, interstisial sistit və qlomerular xəstəliklərdən yaranan simptomları aradan qaldırmaq üçün istifadə olunur.

Sidik yollarında və böyrəklərdə əmələ gələn daşların təmizlənməsinə kömək edir.

Maddələr mübadiləsini tənzimləyir, yağ və selülitin aradan qaldırılmasına və dərinin elastikliyini bərpa etməyə kömək edir.

Albalı saplaqındakı polifenolik flavonoid birləşmələri və antosiyaninlər insulin istehsalının artmasına kömək etdiyi üçün qanda şəkərin səviyyəsini sabitləşdirməyə və iştaha nəzarət etməyə kömək edir.

Təzə və ya quru albalı saplaqları çay üçün istifadə edilə bilər. 1 litr qaynar suya 5 xörək qaşığı albalı saplağı əlavə edin. 5 dəqiqə qaynadın. Üzərini örtün və 15 dəqiqə dəmlənməsini gözləyin.

Süzdükdən sonra zövqə görə dadlandırıcı əlavə edə bilərsiniz.

Bu çaydan gündə 1 stəkan içmək kifayətdir. Yeməkdən yarım saat əvvəl və ya 2 saat sonra içmək olar. Ağzı bağlı şəkildə 3 gün soyuducuda saxlaya bilərsiniz.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər