7 Avqust 2020 11:41
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri son 2 ildə artıb.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi bugünkü mətbuat konfransında deyib:

"Cari ilin 6 ayı ərzində ölkədə 60 minə yaxın vətəndaş hər hansı idarəyə getmədən elektron şəkildə müavinət və pensiyalarını alıb.

Bu müddət ərzində 325 min insana elektron arayış verilib. Əlavə olaraq çox ciddi mərkəzləşmə işləri aparılıb. 2006-2008-ci illərdə ödənilən sığorta haqları hesablara köçürüldü və bunun nəticəsində pensiyalarda ciddi artım müşahidə olundu. Bu isə vətəndaşların hesabında 800 milyon artım deməkdir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər