Müharibə əlillərinin ev və avtomobillə təminat proqramı 2014-cü ildə hazırlanıb.
Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Prezident İlham Əliyevin məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı verdiyi tapşırıqların icrasına həsr olunan bugünkü mətbuat konfransında deyib:
"6 min müharibə əllimiz var. 1500 ev şəhid ailələrinə və müharibə əlillərinə təhvil veriləcək. Növbəti ilə isə 1100 nəfər qalacaq. Bu növbəlilik prinsipi ilə aparılır. Hər il 50-100 nəfərə yaxın avtomobil təminatına haqqı çatan müharibə əlili növbədə yer alır".