19 Avqust 2020 19:00
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya mütəxəssisləri güman edirlər ki, bundan sonra koronavirus infeksiyasının üçüncü və dördüncü dalğaları da müşahidə olunacaq. Ekspertlərin fikrincə, dünya əhalisi koronavirus şəraitində yaşamağa öyrəşməlidir. Bəs maraqlıdır, bu təhlükənin ölkəmizdə uzun müddət davam edəcəyi gözlənilir?

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən Adil Qeybulla bildirib ki, üçüncü, dördüncü dalğanın hansı zaman təsadüf edəcəyi qaranlıqdır:

“Bu virus uzun müddət davam edə bilməz, təbiət qanunlarına ziddir. Virus uzaqbaşı bir il dövr edə bilər. Hesab edirəm ki, yaxınlarda bu məsələ bitməlidir. Sadəcə olaraq payız aylarında mövsümi xəstəliklərlə virusun qarışması işləri mürəkkəbləşdirə bilər. Amma qalan halda, üçüncü, dördüncü dalğanın baş verəcəyini gözləmirəm. İkinci dalğa ola bilər, amma o da zəif olmalıdır”.

Adil Qeybulla ölkəmizdəki hazırkı statistika ilə bağlı proqnoz verə bilməyəcəyini söyləyib: "Çünki hazırda tətbiq olunan karantin tədbirlərinin heç biri standartlara uyğun deyil. Bundan sonra nə qərarın qəbul ediləcəyi məlum deyil".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər