28 Avqust 2020 09:47
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınların koronavirusa qarşı daha güclü olmalarının sirri açıldı.

Teleqraf.com xəbər verir ki, bu, ABŞ-ın Yel Universitetinin professoru Akiko İvasakinin rəhbərlik etdiyi araşdırmanın təfərrüatlarında öz əksini tapıb.

Araşdırmaya görə, koronavirus qadınlara nisbətən kişilərə daha çox təsir etdir. Qadınlar virusu məhv edən qan hüceyrələri “T lenfositlər” sayəsində daha güclü immunitet sisteminə sahibdir.

Alimlər yeni koronavirus (COVID-19) tipli ölümlərin təqribən 60 faizinin kişilər olduğunu təsbit etdiblər.

Akiko İvasakin bildirib ki, kişilər və qadınlar arasında COVID-19-a qarşı fərqli immun reaksiyalar var: “Kişilər üçün “T lenfosit” reaksiyalarını peyvəndlərlə gücləndirməliyik”.

“T lenfosit” bir növ immunitet hüceyrəsidir, bədənə daxil olan patogenləri və ya virusa yoluxmuş hüceyrələri aşkar etmək və aradan qaldırmağa məsuldur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər