21 Sentyabr 2020 15:34
1 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havanın soyuması səbəbilə qrip və epidemik xəstəliklərin artacağını nəzərə alaraq immunitet sistemini gücləndirmək lazımdır. Bunun üçün isə qidalanmaya diqqət yetirmək çox vacibdir.

Teleqraf.com xəbər verir ki, mütəxəssislərin fikrincə, orqanizmdə D vitamini miqdarının yüksək olması reanimasiyada olan xəstələrin daha tez sağalmasına gətirib çıxarır.

C və digər vitaminləri qəbul etmək bədənin soyuqdəymə və digər xəstəliklərə qarşı müqavimətini artırır. Bu səbəbdən payız-qış mövsümündə C vitamini qəbul etmək immunitet sisteminizi gücləndirər.

İmmunitet sistemini təsir edən amillərdən biri də stresdir. Stresdən qaçmaq və optimal qidalanma şərtlərinə riayət etmək, C vitamini və digər dəstəkləyici qidaları mümkün qədər çox istehlak etmək vacibdir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər