21 Sentyabr 2020 15:54
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl texnobloger Fərid Pərdəşünasın sosial şəbəkə hesabında sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat və imtahan binasına əynindəki şortik səbəbilə buraxılmaması ilə bağlı yazdığı post müzakirələrə səbəb oldu. BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuata açıqlamasında bildirdi ki, geyimlə bağlı heç yerdə qadağa yoxdur. Amma milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən qəbulolunmazdır.

Mövzuyla bağlı Teleqraf.com-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, sosial müstəvidə hər kəs bərabərdir:

“Hər şeydə kişilərə icazə verirlər, bu məsələdə niyə icazə verməsinlər, başa düşmürəm. Bu günə qədər hər şey mentalitetimizə uyğun idi, bu, uyğun gəlmədi? Hesab edirəm ki, düzgün yanaşma deyil. Lüzumsuz yerdə mentalitet bəhanəsi irəli çıxır, lazım olan yerdə heç mentalitetdən danışılmır.

Ümumiyyətlə, mentalitet sözü aradan qaldırılmalıdır. Bizim qadınlarla kişilərin həmişə dədə-babadan bərabərliyimiz olub. Bizdə məhdudiyyət olmayıb. İnkişaf etməmiş dövlətlər qadını çarşafa bürüyüb, bizim millətdə isə qadın hər zaman söz yiyəsi kimi tanınıb. Kişilərlə bərabər hüquqlu olub.

Mentalitet xoşuma gəlməyən sözdür, milləti aşağılayan ifadədir. Bizim ənənələrimiz var, qadına hörmət göstərilirdi, amma onu mentalitetə aid etmək düzgün deyil”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər