22 Sentyabr 2020 16:25
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eyni vaxtda qrip və koronavirus infeksiyasına yoluxmaq ölüm riskini iki dəfə artırır.

Teleqraf.com xəbər verir ki, ingiltərəli alimlərin araşdırmasına görə, bu ilin yanvar-aprel aylarında xəstəxanaya yerləşdirilənlərin xəstəlik tarixçəsində "superinfeksiya" diaqnozu qeyd edilən xəstələrdə ölüm nisbəti 43 faiz, yalnız koronavirusa yoluxanlarda isə 23 faiz olub.

İnsanlar hələ də qripin soyuqdəyməyə bənzədiyini düşünür, halbuki elə deyil. İngiltərənin təxminən 30 milyon sakininə qrip vaksini vurulub, bunun sayəsində səhiyyə işçilərinin ikinci koronavirus dalğası ilə mübarizəsi asanlaşıb.

İngiltərə tarixindəki ən böyük peyvənd proqramı 50 yaşdan yuxarı sakinlərə, 12 yaşdan kiçik uşaqlara, səhiyyə işçilərinə və həssas əhali qrupuna tətbiq olunacaq.

İngiltərə hökuməti bununla qripə yoluxanların sayının kəskin azalacağını düşünürlər. Kütləvi vaksinasiya nəticəsində qripə bənzər simptomları olan, yoluxduğu təqdirdə, koronavirus testindən keçməli olanların sayının azalacağı gözlənilir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər