12 Oktyabr 2020 01:44
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən əhali arasından müəyyən olunmuş risk qruplarına aid şəxslərin mövsümi qripə qarşı vaksinasiya kampaniyasına başlanacaq.

Teleqraf.com xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmrinə əsasən, kampaniya çərçivəsində ilk növbədə tibb işçiləri, hamilə qadınlar və xroniki tənəffüs yolları xəstəliklərinə malik olan 6 aylıqdan yuxarı uşaqlar və böyüklər vaksinasiyaya cəlb ediləcəklər.

Bu əhali qruplarından olan şəxslər yaşayış yeri üzrə əhaliyə xidmət göstərən ambulator-poliklinik müəssisələrə müraciət edərək, həkim baxışından keçib peyvənd vurdura bilərlər.

Kampaniya 1 ay müddətində davam edəcək. Peyvənd pulsuz olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər