19 Oktyabr 2020 01:36
1 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sarımsaq milli mətbəximizin əvəzolunmaz inqrediyentlərindən biridir. Bu qida yeməklərə dad verməklə yanaşı, sağlamlığınız üçün də olduqca faydalıdır. Aşağı təzyiqi, sarımsağa qarşı allergiyası olan və mədə xəstəliklərindən əziyyət çəkənləri çıxsaq, qalan hər kəs sarımsaq istehlak edə bilər.

Teleqraf.com sarımsaq yeməyiniz üçün 9 səbəbi təqdim edir:

1.Vitamin və mineral mənbəyidir. Sarımsaqda təxminən 30 kükürd birləşməsi, müxtəlif fermentlər və amin turşuları, flavonoid mineralları, A, B və C vitaminləri var.

2.İmmunitet sistemini tənzimləyir. Sarımsaq prebiotik qidadır. Yəni bədən üçün faydalı bakteriyaların təsirini və sayını artırmağa kömək edir. Bu səbəbdən sarımsağın immunitet sisteminə müsbət təsiri var. Bədənin müdafiə mexanizmini gücləndirmə qabiliyyətinə görə sarımsaq mütəmadi olaraq istehlak edilməlidir.

3. Həzm prosesinin dostudur. Vitamin, mineral və digər qida maddələri ilə zəngin olan sarımsaq prebiotik xüsusiyyətlərinə görə həzm sisteminə müsbət təsir göstərir.

4. Xolesterolu azaldır. Sarımsaq qanda xoşxassəli xolesterolu (HDL) artırır, bədxassəli xolesterolu (LDL) və triqliseridləri azaldır.

5. Qan təzyiqi aşağı salır. Yüksək qan təzyiqi olan insanlar mütəmadi olaraq sarımsaq istehlak etməlidir.

6. Xərçənglə mübarizə aparır. Həm də xərçəngə qarşı qoruyucudur. Elmi araşdırmalar göstərir ki, müntəzəm sarımsaq yeyənlərin mədə xərçəngi sarımsaq yeməyənlərə nisbətən 50 faiz azdır.

7. Damar sərtliyi üçün yaxşıdır. Arterioskleroz probleminə baxmayaraq, sarımsaq yaxşı qoruyucudur.

8. Qan şəkərini tarazlaşdırır. Qan şəkərinin tarazlaşdırılmasında köməkçi rol oynayır.

9. Toksinləri təmizləyir. Sarımsaq siqaretin, çirkli hava şəraitinin və müxtəlif kimyəvi maddələrin bədənə zərərli təsirlərini aradan qaldırmaq üçün çox vacibdir. Bədəndə yığılmış toksinlərin xaric edilməsinə kömək edir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər