“SOCAR-AQŞ” MMC-nin direktoru Ramin İsayev vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, şirkətə rəhbərlik Samir Mollayevə həvalə olunub.
O, bundan əvvəl “Nobel Oil LTD” şirkətində rəhbər vəzifədə çalışıb.
Xatırladaq ki, “SOCAR-AQŞ” 2007-ci ildə yaradılıb, neft-qaz quyularının qazılması və təmiri ilə məşğuldur. Onun nizamnamə kapitalı 381 min manatdır. Şirkətin təsisçiləri 13,4% payla Dövlət Neft Şirkəti (SOCAR), 73,8% payla “Nobel Oil LTD” şirkətinin Azərbaycandakı filialı və 12,8% payla “Abşeron Qazma” MMC-dir.