15 Dekabr 2020 22:16
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına yenidən baxılması xahişi ilə Baş nazir Əli Əsədova müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə deputat özü məlumat verib.

O bildirib ki, əvvəlki aylarda pandemiyaya qarşı mübarizədə də qeyri-hökumət təşkilatları ictimai nəzarətin gücləndirilməsi ilə bağlı layihələr icra etmişdilər: “Bununla belə, karantin dövründə kütləvi informasiya vasitələrinin fəaliyyətinin davam etdirilməsi məqsədəuyğun hesab olunsa da, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə sərt karantin müddətində icazə verilməmişdi.

Maarifləndirmə, ictimai nəzarət, vətəndaşlar arasında təbliğatın aparılmasında iştirak edən qeyri-hökumət təşkilatlarının pandemiyanın təsirlərinin minimumlaşdırılmasında fəaliyyəti əhəmiyyətini nəzərə alaraq qeyri-hökumət təşkilatlarının (ictimai təşkilatların) Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına əlavə olunması məqsədə uyğun olardı. Ümid edirəm ki, qeyri-hökumət təşkilatları da, sərt karantin müddətində fəaliyyətlərini davam etdirmək imkanı əldə edəcəklər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər