İngiltərədə elm adamları COVID-19-la mübarizədə yeniliyə imza atıblar.
Teleqraf.com xəbər verir ki, alimlərin hazırladığı antikor dərmanı vaksinlərdən fərqli olaraq orqanizmdə COVID-19-a qarşı immunitet sistemi yaradacaq.
İngilis mütəxəssislər uzunmüddətli qoruyuculuq xüsusiyyəti olan dərmanın yüz minlərlə insanın həyatını xilas edə biləcəyini hesab edirlər.
London Tibb Universiteti və “AstraZeneca” əczaçılıq şirkətinin birgə hazırladığı "AZD7442" antikoru ilə hazırlanan dərman virusa yoluxmuş şəxslərin üzərində tətbiq olunur. Dərman bədəndə xəstəliyin yayılmasının və xəstənin xəstəlik müddətini ağır keçirməsinin qarşısını alır.
İlk olaraq 10 nəfərlik qrupla sınaqdan keçirilən dərmanın ən az 6, ən çox 1 ilə qədər qoruyuculuq xüsusiyyəti olduğu deyilir. Mütəxəssislərin məqsədi dərmanı 1125 nəfərlə qlobal miqyasda test etməkdir.
Dərmanın xəstəxanalarda təcili müdaxilələrdə, eyni zamanda virusun sürətli yayılmasının qarşısını almaq üçün qocalar evlərində və universitetlərdə tətbiq oluna biləcəyi bildirilib.