Çindən 3 milyon doz peyvənd bu gecə Türkiyəyə gətirilib. Türkiyə Səhiyyə naziri Fəxrəddin Qocanın sözlərinə görə, COVID-19 vaksinasiyasının birinci mərhələsində 1,5 milyon insan vaksinasiya olunacaq.
Teleqraf.com xəbər verir ki, gətirilən peyvəndlərdən nümunələr alınaraq Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi (TİCK) laboratoriyalarına təhlil üçün göndərilib. Peyvəndlərin təhlil prosesi 14 gün davam edəcək. Təhlilin nəticələri müsbət olduğu təqdirdə TİCK vaksinlərdən təcili istifadəni təsdiqləyəcək.
Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib ki, vaksinin immunitet sisteminə təsiri ikinci dozadan sonra artır: “28 gün müddətində iki doza vaksin vurulacaq. Vaksinin ikinci dozasından sonrakı iki həftədə də qoruma tədbirlərini davam etdirmək vacibdir”.