11 Fevral 2021 13:48
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 virusu əleyhinə hazırlanan vaksinlər arasında elə də fərq görmürəm. Sadəcə Pfizer vaksini RNT tərkiblidir.

Bunu Teleqraf.com-a infeksiyon xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi Nazxanım Qasımova deyib.

Onun sözlərinə görə, vaksinasiya pandemiya dövründə kütləvi yoluxmanın qarşısını alacaq əsas faktordur.

"Vaksinasiya prosesi ölkə əhalisinin sayına görə sürətli və ya ləng ola bilər. Məsələn, Rusiyanın əhalisi çox olduğu üçün proses nisbətən ləng gedir. İngiltərədəki peyvəndləmə nümunə hesab oluna bilər.

Ölkəmizdə prosesin kifayət qədər sürətlə aparıldığını düşünürəm. Tibb işçilərindən sonra hazırda könüllülük əsasında 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası aparılır. Əhalinin əksəriyyəti peyvənd olunmalıdır, yalnız bu şəkildə virusa qalib gələ bilərik. Nəzərə alaq ki, dərman xəstə insanın sağalması, vaksin isə insanın yoluxmaması üçündür" - deyə Nazxanım Qasımova qeyd edib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər