Azərbaycan Respublikasında koronavirusa 2 021 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Azərbaycanda bu günədək ümumilikdə 270 735 nəfər koronavirusa yoluxub. Onlardan 241 646 nəfər müalicə olunaraq sağalıb, 3 677 nəfər vəfat edib, aktiv xəstə sayı 25 412 nəfərdir.