Ölkəmizdə COVID-19 virusuna qarşı vaksinasiya prosesi sürətləndirilib. Tibb məntəqələri ilə yanaşı iri ticarət mərkəzləri, marketlər, avtovağzalda peyvəndləmə aparılır. Bəs bu peyvəndlər hansı şəraitdə saxlanılır?
Məsələ ilə bağlı Teleqraf.com-un sorğusunu Səhiyyə Nazirliyi cavablandırıb.
Bildirilib ki, səyyar vaksinasiya məntəqələrinə peyvəndlər gündəlik olaraq daxilində buz balışları və termometr yerləşdirilməklə termoçantalar vasitəsi ilə çatdırılır.
“Həmin termoçantalar müsbət 2-8 dərəcə temperaturda peyvəndləri bir neçə saat saxlayır.Günün sonunda istifadə olunmamış peyvəndlər geri - əsas məntəqəyə qaytarılır. Bu praktika digər ölkələrdə də istifadə olunur”- deyə məlumatda qeyd edilib.