7 Aprel 2022 15:50
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin Nizamnaməsinin təsdiq edilməsi barədə 6 may 2009-cu il tarixli qərarında dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra səhmdar cəmiyyətinə sədri prezident deyil, nazir (indiki halda Muxtar Babayev) təyin edəcək.

Bundan başqa, kommersiya qurumu qanunvericiliklə müəyyən edilmiş qaydada nümayəndəlik və filiallar, tabeliyində olan hüquqi şəxs statuslu qurumlar yaradanda, yenidən təşkil edəndə və yaxud ləğv edəndə bunu İqtisadiyyat Nazirliyi ilə razılaşdırmalı olacaq.


Müəllif: Teleqraf.com