Bu il yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 62 milyard 233,9 milyon manat təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 19,9 % artaraq 6 182 manata çatıb.