"Bütün dünyada və Azərbaycanda da pandemiya bəlli səviyyənin altındadır".
Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumda deyib.
O bildirib ki, pandemiya dövrü təcili tibbi yardım xidmətlərinin nə qədər vacib olduğu bir daha təsdiqlədi: "Məqsədimiz bu istiqamətdə ciddi təkmilləşdirmələr aparmaqdır. Bütün dünyada və Azərbaycanda da pandemiya bəlli səviyyənin altındadır. Ümid edirik ki, bundan sonra yoluxma sayı azalacaq. Amma bu o demək deyil ki, yeni pandemiya olmayacaq. Ona görə bütün təcili tibbi yardım sistemlərini və digər tibb sistemlərinin gücləndirməkdə fayda var".//Report.az