12 Yanvar 2023 10:27
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin kommunal xidmətləri vəzifələrini lazımı qaydada icra edirlər.

Teleqraf.com xəbər verir ki, bunu BŞİH-in Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov deyib.

Onun sözlərinə görə, Bakıda şəhər təsərrüfatı əvvəlcədən yarana biləcək çətinliklərin qarşısının alınması və problemlərin operativ həlli üçün səfərbər edildi, paytaxta qarın yağması ilə Bakı Şəhər İcra Hakimiyyəti və müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçdi.

"Xüsusi təyinatlı texnikalar küçə və prospektlərin təmizlənməsinə cəlb edildi. İlkin olaraq şəhər əhəmiyyətli küçələr və riskli ərazilər qardan təmizləndi. Paralel olaraq digər küçələrdə yaranan problemlər də operativ olaraq aradan qaldırılırdı. Bununla yanaşı səkilər, piyadaların daha çox istifadə etdiyi yollar qardan təmizləndi. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin və digər rayonların icra hakimiyyətlərinin rəhbər şəxslərii ərazilərdə oldular və prosesləri yerində təhlil etdilər.

Hazırda da şəhərin qardan təmizlənməsi davam edir. Vəziyyət onu deməyə əsas verir ki, Bakı şəhərinin kommunal xidmətləri vəzifələrini lazımı qaydada icra edirlər", - deyə A.Hüseynov bildirib.


Müəllif: Mənbə/Trend