12 May 2023 11:55
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Teleqraf.com xəbər verir ki, Xırdalan şəhərində ulu öndərin adını daşıyan Parkda baş tutan konsertdə şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Ölkəmizin tanınmış incəsənət xadimlərinin müxtəlif repertuarlarla çıxış etdiyi və sakinlərin böyük coşqu ilə qarşıladığı konsert proqramı atəşfəşanlıqla sona çatıb.


Müəllif: Teleqraf.com