24 May 2023 14:58
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Neftçala şəhərinə yeni çəkilmiş ikinci magistral su kəmərinin şəhərin su təchizatı sistemlərinə qoşulması və birinci magistral kəmərlə əlaqələndirilməsi işləri aparılacaq.

Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar bu gün gecə saatlarından birinci magistral kəmərdən Neftçala şəhərinə, Bankə qəsəbəsinə və kəmərdən su alan kəndlərə içməli suyun verilməsi dayandırılacaq.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.


Müəllif: Teleqraf.com