26 May 2023 16:55
1 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sudan istifadə haqqında qanunsuzluğun qarşısının alınmasına mane olan şəxslər üçün qanunvericilikdə cərimə və cəzalar nəzərdə tutulur".

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Azərsu" ASC-nin Hüquq departamentinin rəis müavini Nofəl Bağırzadə bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, su təchizatının nümayəndəsi şəhər 9-dan axşam saat 21:00-a qədər mənzilə daxil olub, su sayğaclarını yoxlaya bilər:

"Əgər qanunsuzluq aşkarlanırsa, digər saatlarda da bunun həyata keçirilməsi mümkündür. Vətəndaşla "Azərsu"nun müqaviləsinin olmaması ödənişdən boyun qaçırmağa əsas deyil. Bu ödəniş sudan istifadə üçün alınır, burada müqaviləyə ehtiyac yoxdur. İstifadə edilən suyun ödənişi vaxtında və tam edilməlidir".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər