Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı Almaniyada rus dilində çap olunub.
Kitabı Almaniyanın Saarbrüken şəhərində fəaliyyət göstərən “Palmarium Academic Publishing” adlı nəşriyyat evi nəşr edilib.
Azərbaycan Prezidentinin tövsiyəsi ilə çap olunan kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev, tərcüməçisi tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə, dizayner ve texniki redaktoru isə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.
Kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigayılılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Müasir ermənilərin (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına Şərqi Anadoluya köçüb gədikdən sonra sahib çıxdıqları sübuta yetirilir. Tarixdə heç zaman “Böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.
Əsərin birinci bölməsi “Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər” adlanır və bu bölmə ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddialarına qarşı kəskin cavabdır. Kitabda uydurma “Erməni yaylası” coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil ediblər. Əsərin son bölməsi isə tarixdə heç vaxt “Böyük Ermənistan” adlı dövlətin olmadığının isbatına həsr edilib.
“Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı Azərbaycan, ingilis və ispan dillərində də nəşr olunub.