Ağcabədi rayonu ərazisində bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, iyulun 11-də Laçın rayon sakini Fərid Əsədovu Ağcabədi rayonu ərazisində elektrik cərəyanı vurub.
İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilmiş Fətid Əsədov orada ölüb.
Daha bir bədbəxt hadisə Ağdaş rayonunda qeydə alınıb. Rayon sakini Cavanşir Mirzəyev təmir işləri zamanı elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov