Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yeni zəlzələ haqda məlumat yayıb.
Teleqraf.com Xidmət Mərkəzinin rəsmi saytına istinadla bildirir ki, bu gün yerli vaxtla saat 11:51:01-də Beyləqandan 34 km şimal-şərqdə İmişli rayonu ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Bu, həmin ərazidə dördüncü zəlzələdir. Dağıntı və tələfat haqda məlumat yoxdur. Köhnə tikililərdə çat əmələ gəldiyi bildirilir. İlk zəlzələ gecə saat 04:49-da 28 kilometrlik dərinlikdə 5,6 bal gücündə baş verib.