1 Avqust 2016 16:42
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclərlə bağlı müntəzəm maarifləndirmə tədbirləri həyata keçirən "İRƏLİ” İctimai Birliyi Avropa Oyunlarından öncə hazırlanmış konsepsiya əsnasında ərsəyə gələn "SAY" (Support of Azerbaijan Youth) hərəkatının növbəti tədbirini reallaşdırıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə "SAY" hərəkatının üçüncü fəaliyyəti çərçivəsində təşkil olunan düşərgədə gənclər açıq havada qurulan yaşayış çadırlarında qalaraq, bir sıra multikultural dəyərlərin təbliği ilə bağlı təlimlərdə, ictimai müzakirələrdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirib, həmçinin təşkil olunan səmti müəyyən etmə, dağçılıq və s. ekstrim idaman növləri üzrə yarışlarda özlərini sınayıblar.
Qeyd edək ki, İRƏLİ İctimai Birliyi tərəfindən həyata keçirilən "SAY" hərəkatı ilk tədbirini Avropa Oyunlarına dəstək istiqamətində könüllülərin dəstəyi üçün, ikinci tədbirini ekoloji sahədə gənclərin maarifləndirilməsi sahəsində həyata keçirib.

"İRƏLİ" İctimai Birliyi tərəfindən təşkil olunan SAY: Multiculturalizm layihəsinin ilk günündə gənclərə “Komanda işi və stereotiplərdən necə azad olmalı” mövzusunda təlim keçirilib. İştirakçılar dağa dırmanma ekstrimal idman növundə özlərini sınayıb, həmçinin “İntellektual Multikulturallar” oyununda iştirak ediblər.
"İRƏLİ" İctimai Birliyi tərəfindən təşkil olunan "SAY:Multiculturalizm" layihəsinin növbəti günü gənclər “Multikulturalizm və dinləri necə yaşayaq” təlimində iştirak ediblər. Həmçinin Azərbaycan Respublikası Səmti Müəyyən Etmə Federasiyası tərəfindən təşkil olunan təlimlərdə iştirak edərək "Atlet və qaçış", "Xəritə və kompas" mövzularında praktiki biliklərə yiyələniblər. Günün sonunda iştirakçılara öz bilikərini tətbiq etmək üçün praktiki hissə keçirilib.

Daha sonra gənclərə “Multikultural cəmiyyətdə vətəndaş vəzifələri və Azərbaycan çoxmillətli dövlət kimi” mövzusunda təlim keçirilib. Eyni zamanda iştirakçılar Səmti müəyyən etmə oyununda yarışmış və günün sonunda İvanovka kəndinə ekskursiya edərək buradakı mədəni-əyləncəli proqramda iştirak ediblər.
Layihənin növbəti günündə iştirakçılar “Multiculturalizm Modeli” Simulyasiya oyununda iştirak edərək öz bilik və bacarıqlarını artırıblar.

Layihənin əsas məqsədi 2016-cı Multikulturalizm ili çərçivəsində Azərbaycanda multikultural dəyərlərin aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması ilə demokratik mühiti inkişaf etdirmək, dünya mədəniyyətinə inteqrasiyanı sürətləndirmək, inteqrasiya fonunda Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına nail olmaqla milli-mənəvi dəyərlərimizin, tarixi nailiyyət və abidələrimizin mənfurlar tərəfindən öz adına çıxarmağın qarşısını almaqdan ibarətdir. Düşərgə 25.07.2016-30.07.2016 tarixlərində İsmayıllı rayonunda həyata keçirilib.
Düşərgə proqramında film gecəsi, iməcilik, intellektual oyunlar, ictimai müzakirə və müxtəlif əyləncələr həyata keçirilib.

Düşərgədə qaldıqları müddətdə 14 regiondan 100 nəfərdən çox gənc 8 komandaya bölünərək komandalarının qalibiyyəti uğrunda mübarizə aparıb və müxtəlif göstəricilər üzrə qiymətləndiriliblər. Sonda qalib komandalar İRƏLİ İctimai Birliyi tərəfindən mükafatlandırılıb. Düşərgənin bağlanış mərasimi gənclərin təltifləndirilməs ilə sonlanıb.

Bəkir


Müəllif:

Oxşar xəbərlər