12 Avqust 2016 15:20
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 7 ayı ərzində “Azneft” İstehsalat Birliyi tərəfindən neft sənayesinin inkişafı üçün nəzərdə tutulan proqnoz tapşırıqlara əməl olunub.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, 7 ay ərzində “Azneft” İstehsalat Birliyi üzrə 3 milyon 663,9 min ton neft hasil edilib . Cari ilin 7 ayı ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub.

2016-cı ilin müvafiq dövrü ərzində 3,2 milyard kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 3,3 milyard kubmetrə bərabər olub. Plan 102,1 faiz yerinə yetirilib.

Birlikdən bildirilib ki, yeni quyuların qazılması işi bu il də davam etdirilir. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində, ilin ilk 7 ayı ərzində “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 32 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 43,8 min ton neft hasil edilib.

Ötən 7 ayda fəaliyyətsiz quyu fondundan 45 quyu nəzərdə tutulduğu halda 67 quyu istismara qaytarılıb. Bu quyulardan 10,2 min ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 25,3 min ton neft alınıb ki, bu da plandan 15,1 min ton çoxdur.

İlin əvvəlindən 370 geoloji tədbir keçirilmiş, nəticədə 95,4 min ton neft hasil edilib ki, bu da plana qarşı 25 tədbir çox və 14,3 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 24,4 min ton plana qarşı 31,1 min ton neft hasil edilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər