26 Avqust 2016 12:00
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası Azərbaycan Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi olaraq Silahlı Qüvvələrə Yardım Fonduna bir neçə dəfə vəsait köçürüb, dəfələrlə müxtəlif formalarda tədbirlər, o cümlədən xeyriyyə tədbirləri təşkil edib.

Teleqraf.com xəbər verir ki, YAP-ın bu qəbildən olan növbəti humanist aksiyası yay mövsümünün xarakteri nəzərə alınaraq, Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin səmərəli təşkilinin həyata keçirilməsindən ibarət olub.

Bu ilin aprelində erməni işğalçıları tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə alan və düşmən həmlələrinə layiqli cavab verən Silahlı Qüvvələrin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahəti YAP-ın təşəbbüsü və vəsaiti hesabına Lənkəran rayonu ərazisində yerləşən “Palıdlı sahil” istirahət mərkəzində təşkil edilib. Yay mövsümü ərzində Silahlı Qüvvələrin bir qrup əsgər və zabiti ailə üzvləri ilə birlikdə bu imkanlardan bəhrələnib. 50 nəfərdən ibarət növbəti qrupun yay istirahətinin təşkili isə avqustun 25-dən başlayıb.

YAP-ın bu vətənpərvər addımı Azərbaycan Silahlı Qüvvələrinə, onun əsgər və zabit heyətinə möhkəm inamın və dəstəyin, ordu və xalqın möhkəm birliyinin əyani ifadəsi kimi dəyərləndirilməlidir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər