30 Avqust 2016 20:00
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın energetika naziri Natiq Əliyev Moskva şəhərində baş vermiş yanğın nəticəsində Qırğızıstan vətəndaşlarının həlak olması ilə əlaqədar Azərbaycan hökuməti adından başsağlığı vermək üçün Qırğızıstan səfirliyinə baş çəkib.

"Report" xəbər verir ki, nazir Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranova başsağlığı verib, faciə qurbanları üçün açılmış xatirə kitabına ürək sözlərini yazıb.

N.Əliyev Moskvada Qırğızıstan vətəndaşlarının həlak olması xəbərindən dərindən sarıldığını qeyd edib.

"Biz dost ölkə, qardaş xalqıq. Onların sevinci bizim sevincimiz, kədərləri bizim kədərdir. Ona görə Azərbaycan hökuməti adından, öz adımdan bütün Qırğızıstan xalqına, yanğın nəticəsində həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verirəm. İnanıram ki, qırğız xalqı daha da birləşəcək, bütün çətinliklərin öhdəsindən gələcək. Bütün qırğız xalqına can sağlığı, uğurlar arzulayıram", - deyə N.Əliyev bildirib.

Qeyd edək ki, avqustun 27-də Moskvada mətbəənin anbarında baş verən yanğında Qırğızıstan vətəndaşı olan 17 qadın tüstüdən boğularaq ölüb.


Müəllif:

Oxşar xəbərlər