Bu ilin 3-5 sentyabr aralığında müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən, bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılıb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, 4432 nəfər namizəd şəxsi səhifələrinə daxil olmaqla, təklif olunan vakant yerləri seçib və ərizələrini təsdiq ediblər.
Ərizələrini təsdiq edən namizədlərdən 777 nəfəri növbəti mərhələyə (müsahibə mərhələsinə) keçmək hüququ qazanıb.