10 Sentyabr 2016 23:57
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaxda bir ailənin 4 üzvü zəhərlənib.


Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 22 radələrində rayonun Çüdüllü kəndindən bir ailənin biri ağır olmaqla 4 üzvü zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. İlkin araşdırma zamanı məlum olub ki, ailə yemək bişirən zaman xörəyə duz əvəzinə kimyəvi maddə olan və dezinfeksiya üçün istifadə edilən “xlorofos” adlı maddə töküb.


Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstələr həkimlər tərəfindən müayinə olunur və şəxsiyyətləri dəqiqləşdirilir.


Müəllif:

Oxşar xəbərlər