16 Sentyabr 2016 14:55
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın paytaxtı Tehran şəhərində 48-ci Erməni Olimpiadası keçirilir.

Telqraf.com xarici mediaya istinadən xəbər verir ki, 10 günlük oyunlar çərçivəsində İran, Ermənistan və Gürcüstandan olan 800 erməni atletin 9 idman növü üzrə yarışacağı olimpiadada Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim də təmsil olunub. Erməni idmançıların geyimində "Artsax" yazısı və separatçı rejimin bayrağı əks olunub.

Olimpiya idman oyun növlərinin də daxil olduğu Ümumerməni oyunları sentyabrın 20-dək davam edəcək.

Samir


Müəllif: