“İstedadlı Əlillər İctimai Birliyinin” təşəbbüsü və AAAF Holdinqin təşkilatçılığı ilə bir qrup fiziki məhdudiyyətli, aztəminatlı və şəhid ailələrindən olan uşaqlar valideynlərlə bərabər Müqəddəs Qurban bayramını AAAF Parkda keçirib. Qonaqlar əvvəlcə Kompleksi gəzib. Daha sonra “Limuland” Uşaq Əyləncə Mərkəzinə gələn uşaqlar attraksionlarda doyunca əyləniblər.
“İstedadlı Əlillər İctimai Birliyinin” Abşeron bölməsinin sədri Qubad Qasımov bayram münasibəti ilə AAAF Parka gələn qonaqlar barədə AAAF TV-yə müsahibəsində söhbət açıb, təşkilatçılara minnətdarlığını bildirib.
Əyləncənin davamında qonaqlar üçün süfrə açılıb, onlar müxtəlif təamlardan dadıblar. Eyni zamanda, Kompleksin balaca qonaqlarından birinin ad günü də “Limuland”də qeyd olunub. Çay süfrəsindən sonra qonaqlar xatirə şəkli çəkdirib.