Azərbaycanda dərmanların qeydiyyatı və qiymətlərinin tənzimlənməsi qaydalarına müəyyən düzəlişlər olunacaq.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Elsevər Ağayevin sözlərinə görə, xarici ölkə valyutalarının məzənnəsinin dəyişməsi ilə əlaqədar dərman şirkətlərinin Azərbaycan hökumətinə etdiyi müraciət artıq öz həllini tapıb: “Mərkəzi Banka müvafiq tapşırıq verilib. Yeni qəbul ediləcək sənədlə qaydalarda müəyyən dəyişikliklər olacaq.
Dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarında müəyyən düzəlişlər olacaq. Hazırda Mərkəzi Bankın həmin günə olan məzənnəsi əsas götürülür. Bunun dəyişməsi nəzərdə tutulur və həmin gün üçün valyutanın (dolların) bazardakı real qiyməti əsas götürüləcək”.
İlhamə ƏBÜLFƏT