21 Sentyabr 2016 08:07
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tökülmüş qaşlar qadınların psixologiyasına mənfi təsir edir.

Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, bu barədə həkim Əmrah Çinik danışıb.

O, qaşların üzün fərqli ifadələrinin formalaşmasındakı rolundan söz açıb: “Obrazlı üz ifadəsinin yaranmasında estetik qaşların rolu böyükdür. Tökülən və seyrələn qaşların yerinə yenisi çıxsın deyə istifadə edilən dərman və kosmetik məhsulların faydası yoxdur. Tək çarə və faydalı nəticə ancaq qaş əkdirməklə əldə edilə bilər.

Qaşlar əsasən qəza, travma, yanıq, bəzi dermotoloji səbəblərdən və çox qaş aldırmaqdan qismən və ya tamamilə tökülə bilər.

Qaş əkilməsi isə sa, əkimindəki kimi boyun bölgəsindən götürülən saç köklərinin qaş seyrəkliyi olan hissəyə yerləşdirilməsi prosesidir. Tətbiqi bir saat davam edir və prosesdən sonra duş qəbul olunmalıdır. Əkilən qaşların uzanması isə insana görə dəyişir və bir-iki ay davam edə bilər”.

Sevinc


Müəllif: