23 Sentyabr 2016 15:02
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində Tədris işləri üzrə prorektoru vəzifəsinə yeni təyinat olub.

Universitetdən Teleqraf.com-a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun imzaladığı müvafiq əmrə əsasən, nazirliyin lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi Əfqan Abdullayev Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev yeni təyin olunmuş prorektoru universitet kollektivinə təqdim edib.

Əfqan Abdullayev 2003-cü ildən 2014-cü ilə kimi Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsində dekan vəzifəsində, Təhsil Nazirliyində lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi kimi çalışıb.

İlhamə Əbülfət


Müəllif: